Qızılın qiyməti 2021-in ən aşağı səviyyələrində!
Qızılın qiyməti, yüksələn ABŞ Xəzinə istiqrazlarının faizləri və güclənən dollar ilə əlaqədar olaraq 2021-ci ilin ən aşağı səviyyələrinə düşüb.
ENA.az xəbər verir ki, inflyasiyanın artmasının gözləntisilə əlaqədar olaraq ABŞ-ın 10 illik Xəzinə istiqrazlarının faizləri çərşənbə axşamı günü 8%-ə yaxın yüksələrək 1,32%-ə çatıb. Bloomberg Dollar İndeksi isə 1% yüksəlib.
Qızılın unsiyasının qiyməti 1790 dollarıdan da aşağı düşüb. İqtisadiyyatın artmağa başlaması qızıl qiymətləri üzərində təzyiq yaradır, güclənən dollar da qızıl qiymətləri üçün risk yaradır.