Bank

“Veysəloğlu”dan “PAŞA Bank”a transfer olub

“PAŞA Bank” ASC-nin Risk blokuna daxil olan Qeyri-maliyyə əməliyyatları üzrə risk şöbəsinin yeni müdiri məlum olub.

ENA.az Banker.az-a istinadən xəbər verir ki, bu, Əhməd Əmircanovdur.

Ə.Əmircanov 2020-ci ilin fevralından 2021-ci ilin fevralına qədər “Veysəloğlu” Şirkətlər Qrupunda IT idarəetməsi üzrə müdir idi.

Daha əvvəl, “KPMG Azerbaijan”, “Deloitte Azerbaijan” və “E&Y Azerbaijan” kimi audit şirkətlərində müvafiq vəzifələr üzrə çalışıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)