Nazir rublun məzənnəsini müəyyənləşdirəcək amilləri - AÇIQLADI
"Rusiyanın mili valyutası - rublun məzənnəsini Rusiya Bankının (Mərkəzi Bank) valyuta alışını bərpa etməsi deyil, gələn ilin əvvəlindən ölkəyə kapital axınının həcmi müəyyən edəcək".
Bunu qonşu ölkənin iqtisadi inkişaf naziri Maksim Oreşkin 2019-cu ildə rublun məzənnəsinə təsir edəcək amilləri açıqlayarkən deyib.
Onun sözlərinə görə, hazırda rublla bağlı proqnoza yenidən baxmağa ehtiyac yoxdur.
“Proqnoza yenidən gələn ilin aprel ayında baxacağıq”, - deyə M.Oreşkin qeyd edib.
Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın “Sberbank”ı rublun məzənnəsi üzrə proqnozunu pisləşdirib.