İl ərzində aktivlərini ən çox itirən Gilan Holdinq-in bankı oldu - RENKİNQ CƏDVƏLİ
Bank sektorunun ən mühüm göstəricilərdindən biri aktivlərdir. Aktivlərdə baş verən tendensiyalar birbaşa bankın necə işləməsinin göstəricisidir. ENA.az xəbər verir ki, Azərbaycan bankları arasında 2020-ci ilin yekunları üzrə aktivlərin həcminə görə TOP-5-də olanlar – Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Paşa Bank, Xalq Bank, Bank Respublikasıdır.
Aktivlərin 72%-i 5 bankındır
Beş bankın aktivlərinin həcmi 23 milyard 090 milyon 416 min manatdır və bank sektorunun ümumi aktivlərinin həcmi 72% təşkil edir. Ümumilikdə bank sektorunun aktivlərinin həcmi 32 milyard 055.32 milyon manatdır. Belə çıxır ki, yerdə qalan 21 bankın aktivlərin həcmi isə 8 milyard 964 milyon manatdır.
Aktivlərdə artım rekordu "Naxçıvanbank"a məxsusdur
Renkinq göstərir ki, 2020-ci ildə aktivlərinin həcmində ən böyük artım dinamikası 28,7% ilə "Naxçıvanbank"da qeydə alınıb. "Kapital Bank"ın aktivləri isə 26,2% təşkil edir. Ötən il aktivləri 2,8% azalsa da, hazırda bu göstərici üzrə ölkədə renkinq cədvəlinə başçılıq edən dövlətin Azərbaycan Beynəlxalq Bankıdır.
Aktivlərini ən çox itirən Holdinq bankıdır
Renkinq cədvəlinə görə, aktivlərin əriməsi prosesinə isə Gilan Holdinq-in bankı kimi tanınan AzFinance Bank ASC liderlik edir. Bu bankın aktivləri il ərzində 51% azalıb.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 12-nin aktivlərində azalma, 14 bankın aktivlərində artım baş verib. 2019-cu ilin yekunlarına görə, ölkədə 30 bankın cəmi aktivləri 32,722.8 milyon manat təşkil edib. 2020-ci ilin yekununda isə Azərbaycanda bank fəaliyyəti lisenziyası qalan 26 bank 32 milyard 55.32 milyon manat aktivə malikdir. Aktivlərin keyfiyyətinə gəlincə, Mərkəzi Bank sədri Elman Rüstəmov bildirib ki, aktivlərin keyfiyyəti pisləşib. Çünki verilən kerditlərin qaytarılmasında problemlər artıb.
Sırası |
Banklar |
Aktivlər, min AZN, 2020-ci ilin yekunları |
İllik dinamika, % ilə |
|
|
||||
|
||||
1 |
Azərbaycan Beynəlxalq Bankı ASC |
8 962 793 |
-2,8% |
|
2 |
Kapital Bank ASC |
5 227 472 |
+26,2% |
|
3 |
Paşa Bank ASC |
5 513 021 |
+15,6% |
|
4 |
Xalq Bank ASC |
2 353 091 |
-4,3% |
|
5 |
Bank Respublika ASC |
1 034 039 |
-26,8% |
|
6 |
Azərbaycan Sənaye Bankı ASC |
911,505 |
-7,5% |
|
7 |
Accessbank QSC |
855 854 |
-4,9% |
|
8 |
Rabitəbank ASC |
830 916 |
+12% |
|
9 |
Unibank ASC |
815,811 |
+ 3,6% |
|
10 |
Premium Bank ASC |
653,299 |
+1,7% |
|
11 |
Muğanbank ASC |
590 906 |
- 10,6% |
|
12 |
Turanbank ASC |
551,736 |
+12,7% |
|
13 |
Bank of Baku ASC |
409,563 |
+ 7,5% |
|
14 |
Yelo Bank ASC |
390 924 |
- 19,4% |
|
15 |
Azər-Türk Bank ASC |
359,207 |
+3,3% |
|
16 |
BTB ASC |
356,137 |
+ 4,3% |
|
17 |
Yapı Kredi Bank Azərbaycan ASC |
348,285 |
- 18,7% |
|
18 |
Expressbank ASC |
313,448 |
- 7,4% |
|
19 |
Ziraat Bank Azərbaycan ASC |
298 962 |
+17,9% |
|
20 |
NaxçıvanBank ASC |
298,577 |
+ 28,7% |
|
21 |
AzFinance Bank ASC |
281 427 |
-51% |
|
22 |
Günaybank ASC |
245 042 |
+11,9% |
|
23 |
VTB -Azərbaycan ASC |
187,341 |
+ 19,1% |
|
24 |
Bank Avrasiya ASC |
159,704 |
- 6,3% |
|
25 |
Bank Melli İran Bakı filialı |
93,699 |
- 5,1% |
|
26 |
Pakistan Milli Bankı NBP Bakı filialı |
12 455 |
+ 22,5% |