BŞ lideri Ağ Evdə Ukrayna Prezidenti ilə görüşüb

Vaşinqtonda ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenski görüşüb.
Məlumata görə, Ağ Ev görüşü birbaşa yayımlayıb.
Görüşdə Tramp bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin həllində irəliləyiş görür. O, Rusiya lideri Vladimir Putinlə Alyaskada görüşünü xatırladıb və bildirib ki, indi vəziyyəti həll etmək üçün əla fürsətdir.
Zelenski öz növbəsində Trampa Ukraynada sülhün bərqərar olması üçün göstərdiyi səylərə görə təşəkkür edib. Ukrayna Prezidenti Putinə yazdığı məktuba görə həyat yoldaşı Melani Trampa da minnətdarlığını ifadə edib.
Görüşdə ABŞ tərəfdən dövlət katibi Marko Rubio, vitse-prezident Cey Di Vens, eləcə də xüsusi elçi Stiv Uitkoff, Ukrayna tərəfdən isə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov iştirak edib.