Gündəm

Zelenski: Ukrayna üçün təhlükəsizlik təminatları 7-10 gün ərzində hazırlanacaq

Ukrayna üçün təhlükəsizlik təminatlarının yaxın 7-10 gün ərzində hazırlanaraq sənədləşdirilməsi planlaşdırılır.

Bunu ABŞ-da aparılan danışıqlardan sonra Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.

“Bütün bunlar kağız üzərində müəyyən formada 7-10 gün ərzində rəsmiləşdiriləcək”, – deyə o bildirib.

Zelenskinin sözlərinə görə, təhlükəsizlik təminatlarının üç əsas tərkib hissəsi var: Ukrayna ordusunun silahlandırılması, müttəfiqlərin öhdəlikləri, Ukraynanın müdafiə-sənaye kompleksinin inkişafı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)