Pentaqon NASA-nın Aydakı bazalarını müdafiə edəcək
ABŞ-ın Müdafiə Nazirliyi - Pentaqon gələcəkdə NASA-nın Ayda inşa olunacaq bazalarının müdafiəsi ilə məşğul ola bilər.
ENA.az xəbər verir ki, mənbələrə istinadən “The Wall Street Journal” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Müdafiə Nazirliyi Yerin peykində Birləşmiş Ştatların su və ya faydalı qazıntıların çıxarılması üzrə ticarət əməliyyatlarını müdafiə etməyi planlaşdırır.
Nəşr qeyd edib ki, NASA və Pentaqon Moskva və Pekinin "potensial düşmən" texnologiyalarının mümkün tətbiqi hərəkətlərinə görə əməkdaşlıq etməyə qərar verib.
Xatırladaq ki, 2020-ci ilin dekabrında ABŞ kosmosun Birləşmiş Ştatlarla rəqibləri arasında döyüş hərəkətlərinin potensial meydanına çevrildiyini bildirib.
Eyni zamanda Rusiya da bildirib ki, Ayın mümkün hərbləşdirilməsi yolverilməzdir.