Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

Avropa Mərkəzi Bankı faiz dəyişdirmədi, qiymətli kağız (aktiv) alışı proqramını dayandırdı
Avropa Mərkəzi Bankı (AMB) faizlərini gözlənildiyi kimi dəyişdirmədi.
"BI" xəbər verir ki, Bank, pul siyasəti faizini 0%-də, depozit faizini mənfi 0.40%-də və marjinal maliyyələşmə faizini də 0.25%-də saxlayıb.
AMB, iqtisadiyyatda ləngimə narahatlıqlarına və artan risklərə baxmayaraq trilyonluq qiymətli kağız alışı proqramını dayandıracağını da təsdiq edib.
Bank, ən azı 2019-un yazına qədər şərtlərin dəyişməyəcəyi ritorikasını təkrarlayıb.
Bank, lazım olduğu müddət ərzində vaxtı başa çatan istiqrazlara yenidən investisiya qoyulacağını da bildirib.