Gürcüstanın baş naziri: “Azərbaycanla münasibətlərimizdə ehtiyatlı olmalıyıq”
"David Qareci (Keşikçidağ – red.) məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”.
Bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, məsələnin siyasiləşdirilməsi Gürcüstan üçün son dərəcə risklidir: “Biz hamımız məsuliyyətli olmalıyıq. Məsələni siyasiləşdirməkdən çəkinməliyik. Məbədin gələcəyinə münasibətdə və strateji tərəfdaşımız Azərbaycanla münasibətlərimizdə ehtiyatlı olmalıyıq. Hər kəs məsələnin çox həssas olduğunu anlamalıdır”.