Qarabağ

Medvedev: “Dağlıq Qarabağın statusunu indi müzakirə etmək olmaz”

Rusiya Təhlükəsizlik Şurasının Baş katibinin müavini Dmitri Medvedev Qarabağdan danışıb.

ENA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, Dağlıq Qarabağın statusunun gələcəkdə həll olunacağını söyləyib.

“Dağlıq Qarabağın status məsələdi yaxın vaxtlarda həll oluna bilməz və indi bunu müzakirə etmək olmaz”-deyə Medvedev söyləyib.

Eks-prezident Türkiyənin Qarabağ münaqişəsinin həllində önəmli rola malik olmasını da etiraf edib.

“Türkiyə bizim vacib partnyorumuzdur, Azərbaycana yaxındır və bu faktları nəzərə almamaq olmaz. Bu gün regionumuzda olan reallığı nəzərə almalıyıq. Reallıq isə bu məsələnin Türkiyədən olan partnyorlarımızla müzakirə etməli olduğumuzu göstərir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)