"Valyuta bazarını qorumağa çalışacağıq": AMB rıçakları bir daha xatırlatdı
"Azərbaycanın valyuta bazarını qorumağa çalışacağıq. Müəyyən şaiyələr, panika var. Bu dəfəki şaiyələrin isə heç bir əsası yoxdur. Ötən ilkinin yenə müəyyən qədər əsası vardı. Ötən il mart ayında biz 1 milyard dollar valyuta satdıq. Bu il isə destablizasiya üçün heç bir əsas yoxdur".
Bu açıqlamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov verib. Onun sözlərinə görə, hazırda makroiqtisadi göstəriclər və məlumatlar müsbətdir. Belə ki, ölkənin tədiyyə balansı proqnozları müsbətdir, neft qiymətləri ilə bağlı gözləntilər yaxşılaşır.
Həmçinin Azərbaycanın strateji valyuta ehtiyatları var və bu vəziyyəti neytrallaşdırmağa imkan verəcək. Eyni zamanda, bank və sığorta sektorunun stabilliyini qorumaq üçün ciddi nəzarət tədbirləri həyata keçirilir.