Bank

Azərbaycanda “Apple Pay” və “Google Pay”lə cəmi ödənişlər 2 dəfə artıb

2024-cü ildə Azərbaycanda “Apple Pay” və “Google Pay” vasitəsilə aparılan ödənişlərin sayı və məbləği 2023-cü illə müqayisədə 2 dəfə artıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

Sənədə əsasən, istifadəçilərin innovativ ödəniş həllərinə uyğunlaşması sürətlə davam edib. Həmçinin ötən il ödəniş kartları ilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi əvvəlki ilə nisbətən 8,6 faiz bəndi artaraq tarixi maksimuma çataraq 64,2 % olub.

Hesabat dövründə istifadəçilər POS-terminallar vasitəsilə apardığı hər 3 təmassız ödənişdən 1-ni məhz “ağıllı cihaz”lar vasitəsilə həyata keçirib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)