Azərbaycanda bank müştәrilәrinin cari hesablarından köçürmәlәrin sayı 91 % artıb

2024-cü ildə Azərbaycanda bank müştәrilәrinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmәlәrin ümumi sayı 694,7 milyon әdәd, dəyəri isə 456,8 milyard manat tәşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.
Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 91,1 % və 20,4 % çoxdur.
Hesabat dövründə aparılan köçürmәlәrin say üzrә 93,5 %-i və yaxud 649,5 milyon әdәdi, dəyər üzrә isә 77,4 %-i və yaxud 353,6 milyard manatı mәhz rәqәmsal bankçılıq vasitәsilә reallaşdırılıb ki, bunlar da 1 il əvvələ nisbətən müvafiq olaraq 2,1 dəfə və 17,2 % çoxdur.
Ötən il internet bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin dəyəri isə əvvəlki illə müqayisədə 21 % artaraq 274,7 milyard manat, mobil bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin dəyəri isə 38 % artaraq 63,9 milyard manat olub.