Özbəkistanla Cənubi Koreya arasında 1 mlrd. dollar dəyərində kredit sazişi imzalanıb
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə Cənubi Koreyanın Prezidenti Mun Çje İn arasında videokonfrans formatında görüş keçirilib.
Görüşdə ölkələr arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Bildirilib ki, bu il koreyalı tərəfdaşlarla Özbəkistanda 400 milyon dollar həcmində investisiya layihələrinin həyata keçirilməsi planlaşdırılır.
Bundan başqa, Özbəkistanda energetika, neft-qaz kompleksi, kimya, neft-kimya-əczaçılıq, emal sənayesi, kənd təsərrüfatı, infrastrukturların modernləşdirilməsi, nəqliyyat və logistika, turizm və digər sahələrə 3,4 milyard dollar həcmində sərmayə yatırılması ilə əlaqədar hazırlıq işləri aparılır.
Görüşün sonunda tərəflər arasında Özbəkistanda rəqəmsallaşma sahəsində əməkdaşlıq istiqamətində Özbəkistanla Cənubi Koreyanın EDCF Fondu arasında üçillik proqram çərçivəsində 1 milyard dollar dəyərində kredit sazişi imzalanıb.
Görüş çərçivəsində Özbəkistanda energetika obyektlərinin modernləşdirilməsi sahəsində ölkələrin aparıcı şirkətləri arasında saziş də imzalanıb.