Dövlət qurumu işçil axtarır - VAKANSİYA
Daxili nəzarət sektorunun aparıcı məsləhətçisi / daxili auditor
İşin qısa təsviri:
• Struktur bölmələrdə və tabelikdə olan qurumlarda daxili audit yoxlamalarını həyata keçirmək və daxili nəzarət sahəsində monitorinq aparılması.
Namizədin vəzifə öhdəlikləri:
• İllik audit planının və audit proqramının hazırlanmasında iştirak etmək;
• Audit planı əsasında daxili audit yoxlamalarının həyata keçirilməsi;
• Daxili nəzarət üzrə aparılan daimi monitorinq işinin koordinasiya edilməsi və analitik prosedurların həyata keçirilməsi;
• Daxili audit üzrə aparılmış yoxlamaların nəticəsi və daxili nəzarət üzrə görülmüş işlər barədə hesabatların tərtib edilməsi və verilməsi;
• Xidməti araşdırmalara dair hesabatların və xidməti məlumatın tərtib edilməsi və verilməsi.
Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber
Namizədə olan tələblər:
• Ali iqtisadi təhsil;
• Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi;
• Mülki, əmək və vergi qanunvericiliyi üzrə biliklər;
• Mühasibat uçotunun beynəlxalq standartları və yerli standartlar üzrə biliklər;
• Beynəlxalq audit standartları üzrə biliklər;
• Ms Office proqramları üzrə biliklər.
Qeyd: Uyğun namizədlərdən hr@icherisheher.gov.az elektron ünvanına mövzu yerinə “Aparıcı məsləhətçi” yazaraq CV göndərmələri xahiş olunur