Qarabağ

İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi vəziyyətinə aydınlıq gətirilib

"Bu günədək Cəbrayıl, Füzuli və Ağdam rayonları üzrə 2 200 hektardan çox əkin sahələri üçün yararlı ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib".

Bunu jurnalistlərə açıqlamasında mühəndis qoşunları idarəsinin rəis müavini polkovnik Ceyhun Cəfərov deyib.

Onun sözlərinə görə, bu ərazilərin əksər hissəsində ölkə iqtisadiyyatının inkişaf etdirilməsi məqsədilə əkin işləri aparılır: "Əlavə olaraq 92 hektar digər təyinatlı ərazilərdə tam təmizlənmə işləri aparılıb".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)