Antikorrupsiya tədbirləri bütün dövlət qurumlarını əhatə edəcək
"Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə həyata keçirilən antikorrupsiya tədbirləri ardıcıl şəkildə davam etdirilməli və bütün dövlət qurumlarını əhatə etməlidir".
"ENA" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin tapşırıqları əsasında növbəti il üçün müəyyənləşdirilmiş prioritetləri açıqlayarkən deyib.