ENA+

Putindən Rusiyada keçirilən mitinqlərlə bağlı - AÇIQLAMA

“Bax Vaşinqtonda parlamenti ələ keçirmişdilər. Bu insanlarla nə edirlər? Federal Təhqiqatlar Bürosunun rəhbərlərindən birinin dediyi kimi: “Bizim əllərimiz uzundur, hər kəsə əlimiz çatar, hər kəsi içəri atarıq”. 15 yaşdan 25 yaşadək, daxili terrorçuluğa görə".

ENA.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin yanvarın 23-də keçirilən ölkə boyu keçirilən mitinqləri şərh edərkən söyləyib.

“ABŞ-da da siyasi şüarlarla çıxmışdılar. Ancaq qanundan kənar. Bəs bizdə niyə qanundankənar hərəkətlərə icazə verilməlidir? Yox. Xüsusilə yetkinlik yaşına çatmayanları irəli itələmək olmaz. Terrorçular da özündən irəliyə qadın və uşaqları çəkirlər... Buna görə bir daha demək istəyirəm: bütün insanların siyasi fəaliyyət göstərmək, fikirlərini bildirmək, fikirlərini ictimai şüurda təbliğ etmək hüququ var. Ancaq qanun çərçivəsində. Həmçinin hüquq-mühafizə orqanları qanun çərçivəsində fəaliyyət göstərməlidir. Onlar da Rusiya xalqına və dövlətinə xidmət etmək vəzifələrini ... qanun çərçivəsində yerinə yetirməlidirlər. Ümid edirəm, bu şəkildə uğur qazanacağıq... Heç kim, xüsusən siyasət sahəsində öz iddialı hədəf və məqsədlərini müdafiə etməyə çalışaraq onlara (qanundan kənar hərəkətlərə - “Report”) müraciət etməməlidir. Siyasət belə deyil, hər halda söhbət məsuliyyətli siyasətdən gedir”, - o vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)