MALİYYƏ

2025-ci ilədək AMB-nin valyuta ehtiyatları $6,6 milyarda qədər artacaq - PROQNOZ

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci ilədək Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının $6 milyard 597 milyona qədər artacağını proqnozlaşdırır.

2020-ci ilin yekunları üzrə AMB-nin valyuta ehtiyatları $6 milyard 369,4 milyon təşkil edib. Beləliklə, “S&P”nin proqnozlarına görə, 2021-2024-cü illərdə bankın ehtiyatları 3,6% artacaq”, - deyə "İnterfaks-Azərbaycan" agentliyi xəbər verir.

Bununla yanaşı, agentliyin proqnozlarına əsasən, 2021-ci ildə AMB-nin valyuta ehtiyatları $6 milyard 243 milyona qədər azalacaq, 2022-ci ildə $6 milyard 305 milyona, 2023-cü ildə $6 milyard 474 milyona, 2024-cü ildə $6 milyard 597 milyona qədər artacaq.

Xəbər verildiyi kimi, AMB-nin valyuta ehtiyatlarının maksimum məbləği 30 iyun 2014-cü il tarixində qeydə alınıb və $15 milyard 163,2 milyon təşkil edib, lakin 2014-cü ilin ikinci yarısından dünya bazarlarında neftin ucuzlaşması şəraitində milli valyutanın məzənnəsinin saxlanılması üçün valyuta ehtiyatlarından istifadə olunduğuna görə onların həcmi azalmağa başlayıb. Nəticədə 2014-cü ilin sonuna AMB-nin valyuta ehtiyatları $13 milyard 758,3 milyonadək, 2015-ci ilin sonuna $5 milyard 16,7 milyonadək, 2016-cı ilin sonuna $3 milyard 974,4 milyonadək azalıb.

2017-2019-cu illərdə AMB-nin valyuta ehtiyatları artıb. Xüsusilə 2017-ci ildə bankın valyuta ehtiyatları 34,2%, 2018-ci ildə 5,4%, 2019-cu ildə 11,2%, 2020-ci ildə isə 1,8% artıb.*

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)