Sağlamlıq

Yoluxanların bu günə olan statistikası

Azərbaycanda son sutkada koronavirusa 280 yeni yoluxma faktı qeydə alınıb, 632 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə "ENA"ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 11 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 526 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 219 019 nəfər müalicə olunaraq sağalıb, 3064 nəfər vəfat edib. Hazırda 6 443 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 144, bu günə qədər isə ümumilikdə 2 347 951 test icra olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department