Yeni Agentliyə verilən sənaye məhəllələri və parklar məlum oldu
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında” , “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında”, “Mingəçevir Sənaye Parkının yaradılması haqqında” , “Qaradağ Sənaye Parkının yaradılması haqqında” , “Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında” , “Pirallahı Sənaye Parkının yaradılması haqqında” , “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” və “Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında” sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Yeni sərəncamda, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin səlahiyyətində olan bir sıra sənaye parkları İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə ötürülüb.
Sərəncamda deyilir,
1. “İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli 1395 nömrəli Sərəncamının 2.3.5-ci yarımbəndi ləğv edilsin.
(2.3.5. Şirkət sənaye məhəllələrinin fəaliyyətinin təşkilini və tənzimlənməsini həyata keçirir.)
2. “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 1011 nömrəli Sərəncamının 3-cü hissəsində “təşkilini və tənzimlənməsini “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti” sözləri “təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi” sözləri ilə əvəz edilsin.
3. “Mingəçevir Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 fevral tarixli 1077 nömrəli Sərəncamında aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
“3. Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.”;
3.2. 4.2-ci bənddə “Cəmiyyətə” sözü “Agentliyə” sözü ilə əvəz edilsin.
4. “Qaradağ Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamında aşağıdakı dəyişikliklər edilsin:
4.1. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
“3. Qaradağ Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.”;
4.2. 5.2-ci bənddə “Cəmiyyətə” sözü “Agentliyə” sözü ilə əvəz edilsin.
5. “Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyun tarixli 2115 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1118; 2019, № 5, maddə 911) 2.2-ci bəndində “idarə olunmasını, inkişafını, fəaliyyətinin təşkilini və tənzimlənməsini “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti” sözləri “fəaliyyətinin təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi” sözləri ilə əvəz edilsin.
6. “Pirallahı Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 sentyabr tarixli 2336 nömrəli Sərəncamında aşağıdakı dəyişikliklər edilsin:
6.1. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
“3. Pirallahı Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.”;
6.2. 5.2-ci bənddə “Cəmiyyətə” sözü “Agentliyə” sözü ilə əvəz edilsin.
7. “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli 3127 nömrəli Sərəncamının 2.2-ci bəndində “təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə” sözləri “təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinə” sözləri ilə əvəz edilsin.
8. “Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli 3407 nömrəli Sərəncamının 2.2-ci bəndində “təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə” sözləri “təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinə” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 yanvar 2021-ci il.