Mask karbon qazının saxlanılması metodunu hazırlayana 100 mln. dollar vəd edib
Amerikalı iş adamı İlon Mask karbon qazının saxlanılması üçün ən effektiv metodu işləyib hazırlayana mükafat vəd edib.
Milyarder bu barədə özünün “Twitter” səhifəsində yazıb.
“Karbonun saxlanılması üçün ən yaxşı texnologiya müqabilində 100 milyon dollar mükafat verəcəm. Daha ətraflı gələn həftə”, – deyə milyarder qeyd edib.
Bundan əvvəl İlon Mask Marsda müstəmləkə salınmasına sərmayə yatırmaq üçün bütün əmlakını satmaq niyyətində olduğunu bildirmişdi.