Sergey Lavrov: "Sülhməramlıların mandatı məsələsi həll olunur”
![](https://ena.az/uploads/news/2021-01/_ena_40e4c75398540e9c361cda66f_o.jpg)
“Sülhməramlıların mandatı məsələsi həll olunur”.
“ENA” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında söyləyib.
“Bu, əlbəttə, üçtərəfli danışıqların predmeti olmalıdır. Bu barədə Moskvadakı üçtərəfli görüşdə danışılıb”, - o bildirib.
S.Lavrovun sözlərinə görə, üçtərəfli bəyanatda heç bir gizli əlavə mövcud deyil.