Tenderlər

Dövlət Statistika Komitəsinin təmirinə 10 milyon manat xərclənəcək

 Dövlət Statistika Komitəsi (DSK) inzibati binasının yenidən qurulması və əsaslı təmiri ilə bağlı elan etdiyi tenderin nəticələrini açıqlayıb.

BI” DSK-ya istinadən xəbər verir ki, tenderin qalibi “Kaizen” MMC olub.

Bu ilin oktyabrın 12-də DSK və qalib şirkət arasında dəyəri 9 997 008,91 manat olan satınalma müqaviləsi imzalanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)