Simptomsuz koronavirus keçirdiyimizi necə müəyyən edə biərik?
Britaniyalı tibb mütəxəssisi Den Benston insanın simptomsuz koronavirus keçirməsinin necə müəyyən olunmasını izah edib.
Bu barədə “Express” xəbər yayır:
“Mümkün simptomlar genişdir və onun hər bir insanda özünü eyni göstərmə ehtimalı yoxdur. Lakin əlamətlər ümumilikdə yorğunluq, usanma, baş, əzələ və ya oynaq ağrıları kimi özünü büruzə verir”.
O əlavə edib ki, əgər kimsə heç bir səbəb olmadan daim özünü tükənmiş hiss edirsə, bu onun koronavirusu keçirməsindən xəbər verə bilər.
Alim bildirib ki, koronavirus keçirib-keçirməməyi dəqiq bilmək üçün anticisim testi vermək lazımdır.
Telegram-dan izləyin! https://t.me/s/enaxeber