ABŞ tənzimləyicisi 158 min “Tesla” avtomobilinin geri çağırılmasını tələb edib
ABŞ Nəqliyyat Nazirliyi nəzdindəki Milli Yol İdarəsi (NHTSA) “Tesla”dan MCU blokunun sıradan çıxması səbəbindən 158 avtomobilin geri çağırılmasını tələb edib.
ENA.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
NHTSA-nın verdiyi məlumata görə, söhbət 2012-2018-ci il Model S və 2016-2018-ci il Model X avtomobillərindən gedir. Qeyd edildiyi kimi, noyabr yeniləməsindən sonra MCU idarəetmə blokunda nasazlıqlar aşkar edilib.
“Tesla” nümayəndələri NHTSA-nın tələbini hələ şərh etməyiblər, ABŞ tənzimləyicisi isə şirkətdən 27 yanvar tarixinədək cavab gözlədiyini bildirib.
NHTSA idarəetmə bloku sıradan çıxmış avtomobillərin avtopilot sisteminin və sürücüyə xəbərdarlıq funksiyasının işini poza biləcəyini güman edir. Bu, “qəza riskini artırır, çünki sürücülər sistemdəki nasazlıqlardan bixəbər olurlar”.
Xatırladaq ki, 2020-ci ildə “Tesla” dünyanın ən bahalı avtomobil istehsalçısına çevrilib. Şirkətin kapitallaşması son bir neçə ayda 500 milyard dolları keçərək, 700 milyard dollar səviyyəsinə yaxınlaşıb.