"Karvan - L" işçi axtarır - VAKANSİYA
Vakansiya: Anbardar
İş haqqında məlumat:
• Məsuliyyətində olan anbarların təmiz, səliqli və nizamlı olmasına nəzarət etmək;
• Anbarlarında olan malların təhlükəsizliyinə cavabdeh olmaq;
• İş gününün əvvəlində və sonunda stok təftişini etmək, məlumatları müdiriyətə bildirmək;
• Anbardan malların tərtib edilən fakturalarda göstərilən miqdarın dəqiq olaraq maşınlara yüklənilməsinə nəzarət etmək;
• Maşınlardan anbara boşaldılan məhsulların çeşidi və miqdarını dəqiq yoxlamaq;
• Anbarlarda olan malların standartlara uyğun yığım və düzülüş qaydalarına diqqət yetirmək;
• Günün sonunda satışdan qayıdan maşınlara malların sürətli və dəqiq şəkildə yüklənməsinə nəzarət etmək;
• Anbarlara boşalan malların satış üçün yararlılığını yoxlamaq və rəhbərliyə məlumat vermək;
Namizədə aid tələblər:
• 21-45 yaş arasında kişilər
• Ali və ya orta ixtisas təhsilli olması;
• Riyazi biliyinin yüksək olması;
• MS Office proqramlarını bilməsi;
• 3 il anbar sahəsində təcrübə olması;
• Diqqətli və məsuliyyətli olması.
Əmək haqqı: 500 AZN
Nahar şirkət tərəfindən verilir
Ünvan; Bakı şəh. Nobel pr. 22/32
Maraqlanan şəxslərdən xahiş olunur ki, CV formasını hr@karvanl.com ünvanına göndərsinlər (iş təcrübəsi olmayan namizədlərin CV-nə baxılmayacaq). Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Anbardar) göstərin. Əks təqdirdə belə namizədlərin müraciətlərinə baxılmayacaq.