Alimlər orqanizmdə koronavirusun yayılmasına təsir göstərən ferment aşkar ediblər
Almaniyanın Tübingen Universitetinin alimləri insan orqanizmində koronavirus infeksiyasının yayılmasına təsir edə biləcək ferment aşkar ediblər.
“ENA” xəbər verir ki, bu barədə “Merkur” portalı məlumat yayıb.
Ekspertlər SARS-CoV-2-nin ağciyərlərdə yayılmasının kompüter modelinin yardımı ilə virusun hüceyrələri onun daxil olmasına kömək edən xüsusi maddələr ifraz etməyə məcbur etdiyini təyin edə bilib.
Mütəxəssislər quanilatkinasa 1 (GK1) fermentinin virus üçün xüsusilə qiymətli olduğunu aşkar edib. Alimlər onu orqanizmdən “çıxardıqdan” sonra SARS-CoV-2-nin çoxalması dayanıb.
Ekspertlər əmindirlər ki, kəşfləri COVID-19-un müalicəsi üçün preparat hazırlanması və təkmilləşdirilməsi üçün vacib olacaq.