ENA+

Nazirlik: Bu il dövlət məşğulluq orqanları 50 mindən artıq işsizi işlə təmin edib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti 2018-ci ilin 11 ayı ərzində 50211 işsiz və işaxtaran şəxsi işlə təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "BI"yə verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çoxdur. 

ƏƏSMN-dən bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən nazirlik tərəfindən icra olunan özünüməşğulluq proqramına cari ildə 7,3 minədək şəxs cəlb olunub. Onlardan bu günədək artıq 2,7 min şəxsə proqram çərçivəsində mal və materiallar verilərək kiçik ailə təsərrüfatları yaradılıb.

İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması məqsədilə işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığı kurslarının təşkili işləri də davam etdirilib. Bu ilin yanvar-noyabr aylarında nazirliyin xətti ilə 2704 nəfər (o cümlədən Dövlət Məşğulluq Xidməti 2468 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi 236 nəfər) peşə hazırlığı kurslarına cəlb edilib.

Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr öyrədilib və kursları bitirən şəxslərə peşə şəhadətnamələri verilib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department