“PAŞA Həyat”da yeni təyinat olub
“PAŞA Həyat Sığorta” ASC-də yeni təyinat olub.
ENA.az Banker.az-a istinadən xəbər verir ki, Vəli Məmmədov “PAŞA Həyat”-ın Korporativ Kommunikasiya şöbəsinin müdiri təyin edilib.
V.Məmmədov 2018-ci ilin dekabrında “PAŞA Həyat” şirkətinə qoşulub. Həmin vaxtdan Daxili Kommunikasiya şöbənin müdiri vəzifəsini icra edirdi.
Sığorta şirkətindən öncə isə 2011-2016-cı illərdə “Azercell Telecom”da çalışıb.