“Atəşkəs pozulsa, cavab tədbirləri görüləcək” - Çavuşoğludan Yerevana XƏBƏRDARLIQ
![](https://ena.az/uploads/news/2021-01/_ena_b555a7bc38284aac3a0cf1b8b_o.jpg)
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qarabağ münaqişəsinə toxunub.
ENA.az xəbər verir ki, nazir Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə işə başlayacağını deyib. O, Mərkəzin atəşkəsin pozulması hallarına ciddi nəzarət edəcəyini xatırladıb.
“Biz Azərbaycan ərazisində, müəyyən edilmiş nöqtədə Dağlıq Qarabağda atəşkəs rejiminə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin tikintisini davam etdiririk. Monitorinq Mərkəzinin əsas vəzifəsi atəşkəs rejiminə nəzarət etmək olacaq. Atəşkəs pozulsa, cavab tədibləri görüləcək”.
Çavuşoğlu Ermənistanın ötən müddətdə atəşkəs rejimini 3 dəfə pozduğunu əlavə edib.