Axtar

İran Milli Bankının Bakı filialı ötən ili mənfəətlə başa vurub

İran Milli Bankının Bakı filialı 2020-ci ili 784 min manat xalis mənfəətlə başa vurub. Halbuki, filial 2019-cu ildən 16,557 milyon manat xalis zərərlə çıxmışdı.

Ötən il İran bankının gəlirləri 3,467 milyon manat (illik müqayisədə 6,4% az), xərcləri 2,31 milyon manat (18,3% çox), xüsusi ehtiyatlara ayırmaları 365 min manat (98% və yaxud təxminən 50 dəfə az), mənfəət vergisi ödəmələri isə 9 min manat (35,7% az) təşkil edib.

Bu il yanvarın 1-nə İran bankının aktivləri 93,699 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,1% azdır. Bunun 5,222 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 24,8% böyüyüb.

Hesabat dövründə İran bankının öhdəlikləri 9,3% azalaraq 56,321 milyon manata düşüb, o cümlədən depozit portfeli 10,4% azalaraq 10,703 milyon manata çatıb, balans kapitalı isə 2,1% artaraq 37,379 milyon manata çatıb.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Filialın nizamnamə kapitalı 73,6 milyon manatdır.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33