Sosial iqtisadiyyat

“YAŞAT”a daxil olan ümumi vəsaitin məbləği açıqlanıb

“YAŞAT” Fonduna daxil olan ümumi vəsaitin məbləği açıqlanıb.

“ENA”nın xəbərinə görə, vəsaitlə bağlı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, indiyədək Fonda 24 804 936,86 manat toplanıb:

“Onlardan 15 036 831,70 manat fiziki şəxslər, 9 768 105,16 manat isə hüquqi şəxslər tərəfindən ödənilib”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department