Axtar

Dünya Çinli peyvənd investorunun sərvətindən danışır

Çinli su istehsalçısı və peyvənd investoru Zhong Şanşan, 2020-ci ildə varidatını 10 dəfədən çox artıraraq dünyanın ən zəngin insanları siyahısında 11-ci yeri tutdu. 78,2 milyard dollarlıq bir sərvətə çatan Şanşan, Çin və Asiyanın ən zəngin insanı oldu.
Bloomberg milyarderləri indeksindən alınan məlumatlara görə, Şanşanın sərvəti 2020-ci ildə 6.8 milyard dollardan 78.2 milyard dollara yüksəldi. Bu yüksəlişlə 66 yaşlı Şanşan dünyanın ən varlı adamları siyahısında 11-ci oldu və Çinin, Asiyanın ən varlı insanı oldu.

Elon Maskı geridə qoydu

Teslanın patronu Elon Maskın sərvəti 2020-ci ildə 28 milyard dollardan 170 milyard dollara yüksələrək 142 milyard dollar artdı və Maskın ən zənginlər siyahısında ikinci yeri tutması ilin ən çox danışılan mövzusu oldu.

İl ərzində beynəlxalq mediada danışılmayan Zhong Şanşanın dövlətlənməsi sürəti isə Maskı keçdi.

Su şirkəti Nongfu Spring-in patronu olan Şanşan COVİD-19 üçün test və antikor dəstləri istehsal edən "Beijing Wantai Pharmacy Enterprise"in yüzdə 75 hissəsinə sahibdir. Bu əczaçılıq şirkəti tərəfindən hazırlanmış burun spreyi hazırda koronavirus peyvəndi kimi klinik sınaq mərhələsindədir. Bu peyvənd müvəffəqiyyətli olarsa, dünyanın ən varlı 10 adamı arasında olacaq. 

 

Cek Ma 12 milyard dollar itirdi

Çinin ən məşhur zənginləri olan Alibaba'nın patronu Jack Ma-nın sərvəti, Ant şirkətinin rəhbərliyi və maliyyə şirkəti ilə fikir ayrılığından sonra şirkətinin pay dəyərindəki düşmə nəticəsində 12 milyard dollar azaldı. Ən varlılar siyahısında 25-ci sırada yer alan Ma-nın sərvəti hazırda 50,6 milyard dollardır.

Ambani 12-cidir

2020-ci ildə dünyanın ən varlı 10 adamı arasında yer alan Mukesh Ambani, hazırda 76,7 milyard dollar sərvəti ilə dünyanın 12-ci varlı adamıdır.

Çinli texnologiya nəhəngi Tencentin qurucusu və idarə heyətinin sədri Pony Ma, 56,4 milyard dollarla ən varlılar siyahısında 22-ci yerdədir.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33