ENA+

Mövlud Çavuşoğlu Rusiyaya gedir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Soçiyə səfər edəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, səfər Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrupunun VIII iclası çərçivəsində baş tutacaq.

“Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrovun rəhbərliyilə ilə keçiriləcək iclasda ikitərəfli əlaqələrlə yanaşı, beynəlxalq mövzularda da geniş müzakirələrin aparılması nəzərdə tutulub. İclasın sonunda Türkiyə Respublikası ilə Rusiya Federasiyası XİN başçıları arasında 2021-2022-ci illər üzrə görüləcək işlərlə bağlı məsləhətləşmə planı imzalanacaq”, – deyə qeyd olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)