Tenderlər

“Azərişıq”ın hesabatı KPMG audit edəcək

“Azərişıq” ASC 2020-ci il üçün maliyyə hesabatlarının auditoru barədə qərar qəbul edib. tender.gov.az saytının verdiyi məlumata görə, "KPMG-Azərbaycan" audit şirkəti "Azərişıq"ın keçirdiyi seçimin qalibi olub.

Şirkətlə 128,62 manata müqavilə imzalanıb.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə (Azersvet) çevrilib.

“Azərişıq” ASC-nin funksiyaları arasında Azərbaycan ərazisində elektrik enerjisi alınması, istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli enerji təchizatı daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)