Çavuşoğlu Lavrovla Qarabağ məsələsini müzakirə edəcək
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da Soçiyə işgüzar səfər edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, səfər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə baş tutacaq.
Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişafı məsələləri, həmçinin aktual regional məsələlər, o cümlədən Dağlıq Qarabağ məsələsi və birgə monitorinq mərkəzinin yaradılması məsələsi müzakirə ediləcək.