Sosial iqtisadiyyat

Əhalinin 15,6%-i güzəştli limit həddini keçib

Bu ilin yanvar-noyabr aylarında “Azəriqaz” İstehsalat Birliyində qeydiyyatda olan 2 317 683 əhali abunəçisinin cəmi 15,6%-i illik hər kubu 10 qəpikdən satılan 2 200 kubmetrlik güzəştli limit həddini keçib.

"Report" quruma istinadən xəbər verir ki, bu da say etibarı ilə 361 926 abunəçi deməkdir.

Yerdə qalan 1 955 757 abunəçi (ümumi əhali abunəçilərinin 84,4%-i) qazdan güzəştli limit daxilində istifadə edib.

Bundan əlavə, ötən ilin eyni dövrünə nisbətən qaz itkilərinin azalma fərqi 0,9% olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında qaz şəbəkəsində aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub.

"Strateji Yol xəritəsi”ndə “Azəriqaz” üçün itkilərlə bağlı hədəf 8% müəyyənləşdirilib ki, bu ildə bu hədəfə çatılması təmin ediləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)