Cabbarov: “Əhalinin gəlirləri 4 faiz aşağı düşüb”
“Pandemiyanın baş verməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, COVID-lə yanaşı, hərbi vəziyyət də ölkə iqtisadiyyatına təsir edib: “Özəl sektorda investisyalar 8 faiz artıb. Yanvar- noyabr aylarında əhalinin gəlirləri 4 faiz aşağı düşüb”.
M.Cabbarov bildirib ki, karantin rejiminin tətbiqi istehlak bazarında 7,8% azalma ilə nəticələnib.
“Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala qeyri neft-qaz sektoru üzrə investisiya qoyuluşu 11 % azalıb, neft-qaz sektoru üzrə isə 7,8 % artıb”, - deyə o, əlavə edib.
Nazir həmçinin bildirib ki, 11 ay ərzində əhalinin gəlirləri inflyasiya nəzərə alınmaqla 4 % azalıb: “Dövlətin gördüyü tədbirlər nəticəsində pandemiyanın əhaliyə təsiri azalıb”.