Hadisə

Paşinyan ölkə daxilində helikopterlə gəzməyə məcbur oldu

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Sünik vilayətinin Goris şəhərinə helikopter ilə getməyə məcbur olub.

Bu barədə məlumat yerli KİV yayıb.

Qeyd edək ki, Sünik vilayətinin sakinləri N.Paşinyanı bölgəyə buraxmamaq üçün yolu bağlayıblar. Sakinlərə etirazlara səsləyən bölgənin Gorus şəhərinin meri Aruş Aruşanyan artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ona qarşı cinayət işlərinin açıldığı bildirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)