"Baku Bus"da maaşlar - ARTIRILDI
Bütün sahələrdə olduğu “BakuBus” MMC-də çalışan avtobus sürücülərinin sosial-rifah halının yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir.
Bakı Nəqliyyat Agentliyindən "BI"yə verilən məlumata görə, 1 dekabr 2018-ci il tarixindən etibarən “BakuBus” MMC-də çalışan sürücülərin aylıq əmək haqları orta hesabla 10 faiz artırılıb.
Məqsəd, sürücülərin maddi rifah halını daha da yaxşılaşdırmaq, həmçinin, onların işə daha məsuliyyətlə yanaşmasına nail olmaq və avtobuslarda əhaliyə göstərilən xidmətin keyfiyyətini daha da yüksəltməkdən ibarətdir.
Qeyd edək ki, sürücülər “BakuBus” MMC-də gün ərzində növbəli iş qrafiki üzrə çalışırlar.
Məlumat üçün bildiririk ki, "BakuBus" MMC tərəfindən sürücü vəzifəsinə növbəti işə qəbul elan olunub. İş üçün “D” kateqoriyalı sürücülük vəsiqəsi olan vətəndaşlar "BakuBus" MMC-yə müraciət edə bilərlər.