Sağlamlıq

Azərbaycan vaksin almağa hazırlaşır: vaksinasiya necə olacaq?

“Artıq virusa qarşı peyvənd hazırlanıb və bəzi ölkələrdə də tətbiqinə başlanılıb”.

Bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində Səhiyyə Nazirinin müavini Viktor Qasımov deyib.

“Bizim ölkədə də bununla bağlı kifayət qədər hazırlıq işləri aparılıb və müvafiq işlər görülür. Ölkəmiz GAVİ tərəfindən təsis edilmiş quruma qoşulub. Əgər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət rəy verilərsə, bu qurumdan vaksin alınması məsələsi nəzərdə tutulub ”, - o bildirib.

Hazırda Azərbaycanda COVID-19 əleyhinə vaksinlərin seçimi və vaksinasiya strategiyası hazırlanır.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində deyib.

TƏBİB sədri bildirib ki, növbəti brifinqlərdə bununla bağlı detallar ictimaiyyətə açıqlanacaq: "Hazırda müxtəlif qurumlar işləri davam etdirir".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)