Qarabağın incisi Şuşadan yeni görüntülər

Azərbaycan ordusunun 28 il 6 aydan sonra noyabrın 8-də işğaldan azad etdiyi Şuşa şəhəri işğal dövründə dağıntılara məruz qalıb, bir çox tarixi və mədəni abidələri baxımsız hala düşüb.
Qarabağın incisi sayılan Şuşadan yeni eksklüziv görüntüləri yayımlanıb.
Kadrlarda Azərbaycan üçün tarixi əhəmiyyəti olan Yuxarı Gövhər Ağa Məscidinin, məşhur Şuşa bazarının və bir sıra tarixi yerlərin görüntüləri yer alıb.