Axtar

"Azərbaycanda əmanətlərə 100 min manat limit müəyyən ediləcək"

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. 

ENA.az xəbər verir ki, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, qanunun qüvvədə olduğu 4 il 9 ay müddətində bu qanun öz hədəflərinə nail olub:

“Amma bu mexanizmdən çıxış istənilən halda vacibdir. Bu qanun layihəsinin qüvvədə olduğu illərdə bankların sağlamlaşdırılmasına nail olundu. Eyni zamanda, 43 min əmanətçiyə 1,3 milyard manat əmanət qaytarılıb. Banklara inam artıb. Bu mexanizmdən çıxdıqdan sonra artıq 100 min manat limit müəyyən ediləcək. Azərbaycanda 100 mindən çox olan əmanətlərin sayı elə də çox deyil. Deməli, bu mexanizmdən çıxdıqdan sonra da qorunan əmanətlərin sayı kifayət qədər çox olacaq. Qorunan əmanətlərin sayına görə Azərbaycan dünyada yüksək yerlərdən birini tutur”.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33