Vakansiyalar

AccessBank işçilər axtarır - VAKANSİYA

Arxivçi

Vəzifə öhdəlikləri:

• Filiallardan gələn sənədlərin Mərkəzi Arxivə yerləşdirilməsi;
• Sorğuların icrası və cavablandırılması;
• Sənədlərin verifikasiyası və Arxivdə yerləşdirilməsi;
• Sənədlərin filiallar üzrə bölüşdürülməsi;
• Sənədlərin məhvedilməsinin icrası.

Tələblər:

• Azərbaycan dilini əla səviyyədə bilmək;
• Xarici dil biliyi: Rus və ingilis dili arzuolunandır;
• Microsoft Office proqramlarını yaxşı bilmək;
• Detallara qarşı diqqətlilik;
• Komandada işləmək bacarığı.

Qeyd: Arxiv Sumqayıt şəhəri, Saray qəsəbəsinə yerləşir

Maraqlanan şəxslər öz CV formalarını 17 Dekabr 2020-ci il (daxil olmaqla) tarixindən gec olmayaraq cv@accessbank.az elektron ünvanına göndərə bilərlər.

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

***

 

Əməliyyatlara Nəzarət Departamentində Mütəxəssis/ Aparıcı Mütəxəssis

Öhdəliklər

• Bankın istehlak kreditlərinin monitorinq yoxlamalarında iştirak etmək, ehtiyac yarandıqda bankın filiallarına getmək (Bakı və region filialları);
• İstehlak kreditlərin bankın daxili qayda və prosedurlarına uyğun rəsmiləşdirilməsini qiymətləndirmək;
• İstehlak kreditlərə aid olan risklərin təhlilini həyata keçiriimək və riskin azaldılmasına yönəlik tövsiyyələr verilmək;
• Monitorinqin aparılması üçün İş Proqramının hazırlanmasında iştirak etmək;
• Monitorinqin nəticələri üzrə tam detallı hesabatların hazırlanması.

Öhdəliklər

• Banklarda istehlak kreditləri, və ya audit, risklərin idarə edilməsi və daxili nəzarət sahələrində minimum 1 il iş təcrübəsi;
• İqtisadiyyat, Maliyyə və ya Audit fakultələri üzrə ali təhsil;
• Səlis Azərbaycan, İngilis və Rus dili bilikləri;
• Təhlil etmə qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• Ofis proqramları biliyi və sərbəst işləmək bacarığı.
• Yerli Bank sistemi üzrə qanunvericiliyin tələbləri ilə bağlı biliklər.

Maraqlanan şəxslər öz CV formalarını cv@accessbank.az elektron poçt ünvanına göndərə bilərlər.

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

***

Kuryer

İşçinin vəzifəsi:

• Departamentin daxili müştərisi olan Bankın bütün əməkdaş və müştərilərinə yüksək keyfiyyətli müştəri xidməti göstərərək onları nəzakətli və səmərəli kuryer xidməti ilə təmin etmək;
• Komandanın tam effektiv və fəal üzvü olmaq;
• AccessBankın daxili qaydalarına riayət etmək.

Tələblər:

• Orta ixtisas və ya Ali təhsilin olması;
• Şəhəri yaxşı tanımaq;
• Nizam-intizamlı, məsuliyyətli, işində dəqiq olmaq;
• Komandada işləmək bacarığı.

İş haqqında məlumat:

• İş rejimi: Həftədə 5 iş günü, 2 gün istirahət;
• Əmək haqqı: 300 AZN;
• Əmək münasibətləri AR ƏM əsasında tənzimlənir.

Maraqlanan şəxslər öz CV formalarını 15 Dekabr 2020-ci il (daxil olmaqla) tarixindən gec olmayaraq cv@accessbank.az elektron ünvanına göndərə bilərlər.

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

***

Balansa qəbul olunmuş əmlakların satışına dəstək üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• Hərracdan təklif olunan əmlakların Bankın balansına götürülməsi üçün komitəyə sənədlərin hazırlanması;
• Hərracdan təklif olunan əmlakların Bankın balansına götürülməsi;
• Məhkəmə prosesində olan əmlakların düzgün qiymətləndirilməsinə nəzarət;
• Bankın balansına qəbul olunan əmlakların satışına dəstək.

Tələblər:

• Ali təhsil;
• Kredit sahəsində və/və ya daşınmaz əmlarkarın qiymətləndirilməsində ən azı 1 il iş təcrübəsi;
• Daşınmaz əmlaklara dəyər vermə bacarığı;
• MS Office (Word, Excel, Power Point), MS Outlook proqramlarını yaxşı səviyyədə bilmək;
• Güclü ünsiyyət və komandada işləmək bacarığı ;
• Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilmək (ingilis dili biliyi üstünlük hesab olunur);
• Diqqətlilik, məsuliyyətlilik, gündəlik işi yerinə yetirmək bacarığı.

Maraqlanan şəxslər öz CV formalarını 30 Dekabr 2020-ci il (daxil olmaqla) tarixindən gec olmayaraq cv@accessbank.az elektron ünvanına göndərə bilərlər.

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department