Elm və Texnologiya

Yeni qabaqcıl “Xiaomi” smartfonu məlum olub

Yeni qabaqcıl “Xiaomi” smartfonu təkmilləşdirilmiş displey və sürətli enerjidoldurma ilə təchiz ediləcək. Bu barədə “Root MyGalaxy” nəşrinin Çinin “Weibo” sosial şəbəkəsinin informasiyasına istinadən məlumatında deyilir.

Çin korporasiyası “Mi 11” və “Mi 11 Pro” adlı iki qurğunun nümayişini planlaşdırır. Smartfonlar 1440 piksel təsvir ölçülü 6,6 düym diaqonallı və 120 giqahers yeniləmə tezlikli “AMOLED” ekrana malik olacaq. Yeni nəsil “Qualcomm Snapdragon 888” prosessoru üzərində qurulacaq qurğular 8 giqabaytlıq “LPDDR5” operativ yaddaş və “UFS 3.1” standartlı 128 giqabaytlıq quraşdırılmış yaddaş tutumu ilə təchiz ediləcək.

Smartfonlar bir-birindən kamera və akkumulyatora görə fərqlənəcək. Məsələn, “Mi 11” modelinin əsas versiyasının kamerası 108 və 13 meqapikselli iki sensor ilə təchiz olunacaq. “Mi 11 Pro” smartfonunun kamerası 48, 20, 12 və 12 meqapikselli dörd obyektivdən ibarət olacaq. “Mi 11” modeli 4780 milliamper/saat tutumlu akkumulyator və 50 vatt gücündə sürətli enerjidoldurmanın dəstəyi ilə buraxılacaq. Qabaqcıl model isə 120 vatt gücündə sürətli enerjidoldurmanı dəstəkləyən 4500 milliamper/saat tutumlu batareya ilə təchiz ediləcək.

Həmçinin qabaqcıl modellərin mümkün qiyməti məlum olub. Belə ki, seriyanın əsas smartfonu 4500 yuan qiymətləndiriləcək. Qabaqcıl “Mi 11 Pro” smartfonunun qiyməti 5500 yuan təşkil edəcək.

Qabaqcıl seriyalı qurğuların 2021-ci ilin yanvarında nümayiş ediləcəyi gözlənilir. Jurnalistlərin sözlərinə görə, smartfonların bir sıra xüsusiyyətləri dəyişə bilər.

Bir müddət əvvəl “Xiaomi” rəhbəri “Mi 11” smartfonunun bazarda ilk dəfə yeni “Snapdragon 888” çipi ilə təchiz ediləcəyini bəyan edib. Dekabrın əvvəlində təqdim edilən prosessor üçüncü nəsil “Qualcomm Snapdragon X60 5G” modeminə malikdir, “mmWave” və “sub-6” standartlı beşinci nəsil mobil rabitə şəbəkələrində işi və 144 giqahers yeniləmə tezlikli ekranları dəstəkləyir.

 

Ictnews

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)