Bank

Banklar Dolları cüzi bahalaşdırdı

İl sonu olduğundan Dollara tələbin artması və Maliyyə naziri Samir Şərifovun Manat barədə açıqlaması banklarda Dolların cüzi də olsa bahalaşmasına səbəb olur.

"BI" xəbər verir ki, ötən həftə Dolları 1.7020 və 1.7025 manatdan satan banklar Bazar ertəsi qiymətləri 1.7030 manata qaldırıblar. Məsələn, Dolların satış qiymətini “AccessBank” 1.7020 manatdan 1.7030 manata, “Bank Avrasiya” 1.7025 manatdan 1.7030 manata, “Bank BTB” 1.7025 manatdan 1.7030 manata, “Bank Respublika” 1.7025 manatdan 1.7030 manata, "Bank Respublika" və "Unibank" da 1.7025 manatdan 1.7030 manata qaldırıb.

Qeyd edək ki, maliyyə naziri Samir Şərifov Manatın daha da möhkəmlənməsinin Azərbaycanın ixracı üçün faydalı olmadığını açıqlayıb. Bu açıqlama növbəti devalvasiya müzakirələrinə səbəb olub.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin noyabr ayı ərzində valyuta hərraclarında 654,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu, Oktyabrdakı satışlardan 164,5 milyon dollar və ya 33,6% çoxdur. Dövlət Neft Fondu tərəfindən 2018-ci ilin oktyabr ayı ərzində 489,6 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)