Paşinyana 3 gün vaxt verildi
![](https://ena.az/uploads/news/2020-12/_ena_ad6c83a3103fe4c751803d62c_o.jpg)
Ermənistan müxalifəti baş nazir Nikol Paşinyana istefaya getmək üçün dekabrın 8-ə qədər vaxt verib.
Bu barədə “ENA” Ermənistan mətbuatına istinadən xəbər verir.
"Biz çərşənbə axşamı - 8 dekabr, saat 12:00-yə qədər vaxt veririk ki, Nikol Paşinyan öz komandası ilə bu məsələni müzakirə etsin və istefaya getsin. Əks təqdirdə Ermənistanın bütün ərazisidə vətəndaş itaətsizliyi aksiyalarına başlanacaq", - deyə "Daşnaksutyun"un rəsmisi İşxan Saqatelyan bu gün Paşinyanın iqamətgahı qarşısında keçirilən mitinqdə deyib.
"Nikol, bu, sənin hökumət bağında son saatlarındır", - Saqatelyan qeyd edib.