Prezidentdən “Azərbaycan Sənaye Korporasiyası” ilə bağlı yeni fərman
Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 4 dekabr 2017-ci il tarixli fərmanında dəyişiklik edib.
ENA.az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, Nazirlər Kabineti “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi əmlakın ASK ilə yanaşı, dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərinin mülkiyyətinə (balansına, istifadəsinə) verilməsini təmin etməlidir.