Elm və Texnologiya

“TikTok” üç dəqiqəyə qədər davam edən video yükləməyə icazə verib

“TikTok” bəzi istifadəçilərə üç dəqiqəyə qədər davam edən video yükləməyə icazə verib.

ENA.az “VC.ru”ya istinadən xəbər verir ki, bu barədə şirkətin sosial media direktoru Mett Navarra məlumat verib.

Xatırladaq ki, hal-hazırda “TikTok”da video üçün məhdudiyyət bir dəqiqə təşkil edir. “The Verge” nəşriyyatının yazdığına görə, bu optimal seçimdir: qısa roliklər asanlıqla növbəti videoya keçməyə imkan verir.

Lakin üç dəqiqə müəlliflər üçün treyler və ya make-up dərslərini çəkib paylaşmaq üçün əlavə fürsət yaradır. “TikTok” bununla bağlı hələ heç bir açıqlama verməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)